"Yuventus" futbolçusu Xuan Kuadrado ilə müqaviləni uzadıb.

 Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 33 yaşlı kolumbiyalı oyunçu ilə 2023-cü ilədək yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Kolumbiya millisinin üzvü 2015-ci ildən "qoca sinyora"da çıxış edir.