"Yuventus"un sabiq futbolçusu Sebastyan Covinko yenidən A Seriyasına qayıdıb.

 Offsideplus.az xəbər verir ki, 35 yaşlı oyunçu "Sampdoriya" ilə anlaşıb. Onunla mövsümün sonunadək sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Yuventus" yetirməsi olan Covinko karyerası ərzində "Parma", "Toronto" və "Əl-Hilal" formaları geyinib.