"Sampdoriya"nın yeni baş məşqçsinin adına aydınlıq gəlib.

Offsideplus.az  A Seriya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki,  komandanın "sükanı arxası"na 54 yaşlı çalışdırıcı Marko Campaolo gətirilib. Onunla 2024-cü ilə qədər sözləşmə imzalanıb.

O, postda bir müddət əvvəl istefaya göndərilən Roberto Daversanı əvəzləyib.

Qeyd edək ki, Campaolo daha əvvəl də 2016/2019-ci illər aralığında  "Sampdoriya"nı çalışdırıb.