"Milan" "Barselona"nın müdafiəçisi Samuel Umtitini heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, "rossonyerilər" 28 yaşlı fransalı futbolçunu növbəti mövsüm transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Umtiti 2016-cı ildən Kataloniya klubun da çıxış edir. O, zədə səbəbindən bu mövsüm heç bir rəsmi maçta meydana çıxmayıb.