“Fiorentina”nın forvardı Duşan Vlahoviç sezon sonunda  “Yuventus”a keçəcək.

Offsideplus.az jurnalist Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı serbiyalı futbolçu "qoca-sinyora" ilə razılığa gəlib.Anlaşmaya əsasən adı çəkilən oyunçu ilə 5 illik sözləşmə bağlanacaq. Onun ilinə 6 milyon avro qazanacağı bildirilib.

Qeyd edək ki, Vlahoviç 2018-ci ildən Florensiya təmsilçisinin şərəfini qoruyur.