“Roma” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Kris Smollinq sıradan çıxıb. 

A Seriyasının 7-ci turunun “Empoli” ilə matçında (2:0) zədələnən 31 yaşlı müdafiəçi üç həftəlik sıradan çıxıb.

O, “Yuventus” və “Napoli”yə qarşı keçiriləcək çempionat oyunlarını buraxacaq.