"Yuventus" klubu Kriştiano Ronaldonun yerini doldurmağa çalışır.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" "Fiorentina"nın 21 yaşlı serbiyalı ulduz futbolçusu Duşan Vlahoviçi yanvarda heyətinə qatmaq niyyətindədir.

Florensiya təmsilçisi ilə müqavilə yeniləmək istəməyən Vlahoviçin yeni klubunun "Yuventus" olacağı gözlənilir. Turin klubunun onun üçün qarşı tərəfə 90 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, "Partizan"nın yetirməsi olan futbolçu, 2018-ci ildən "Fiorentina"da çıxış edir.