İtaliyanın “Yuventus” klubu futbolçusu Xuan Kuadrado ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, “qoca sinyora” 33 yaşlı futbolçunun komandada qalmasına qərar verib. Kuadradonun xidmətində maraqlı olan “Yuventus”un ona bir illik müqavilə təklif etdiyi bildirilir.
Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilənin imzalanması gözlənilir.
Kolumbiyalı futbolçunun Turin klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.