Fransa millisinin və "Çelsi"nin futbolçusu Olivye Jiru karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Offsideplus.az "Sky İtalia"ya istinadən xəbər verir ki, "Milan" 34 yaşlı hücumçu ilə anlaşmağa çox yaxındır. Fransalı ulduza 2 illik müqavilə təklif edən İtaliya təmsilçisi 3,5 milyon avro maaş ödəməyə hazırdır.

Qeyd edək ki, Jiru ötən mövsüm "Çelsi" forması ilə çıxdığı 31 oyunda 11 qol vurub.