Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi komandanı tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə  "Sky Sport"un jurnalisti Canluka Di Martsio məlumat yayıb. Sosial şəbəkə hesabında paylaşım edən jurnalist, 65 yaşlı mütəxəssisin  tezliklə hansısa klubun baş məşqçisi olacağını bildirib. Lakin o, konkret komanda adı çəkməyib.

De Byazinin "Sampdoriya"nın baş məşqçisi olmaq ehtimalı var. Belə ki, klubun idman direktoru Karlo Osti italiyalı çalışdırıcının işini bəyənib. 

Lakin Di Martsionun yeni baş məşqçi axtarışında olan "Fiorentina" və "Spetsiya" klublarından da bəhs etməsi mümkündür. De Byazi ilə bağlı yeniliyin tezliklə açıqlanacağı bildirilir.