"Yuventus" futbolçusu Alvaro Morata barədə son qərarını verib.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı forvard ilə yeni müqavilə imzalayıb. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. "Atletiko"ya məxsus olan Morata daha bir il icarə əsasında "Yuventus"un formasını geyinəcək.
Rəsmi açıqlamanın İspaniya - İsveç matçından öncə veriləcəyi gözlənilir.