Frank Riberi karyerasını "Fiorentina" klubunda davam etmək istəyir.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi A Seriyası klubu ilə yeni müqavilə imzalamaq istəyir. Klub rəhbərliyi də Riberi ilə anlaşmanın müddətini uzatmağı planlaşdırır. Hər iki tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, Frank Riberi bu mövsüm "Fiorentina" ilə 30 oyuna çıxıb, 2 qol vurub, 7 ötürmə ilə yadda qalıb.