"İnter"li Əşrəf Hakiminin yayda "Bavariya"ya keçəcəyi ilə bağlı dolaşan söz-söhbətlərə son qoyulub.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, bu barədə Münhen klubun prezidenti Herbert Hayner danışıb. Klub rəhbəri maliyyə çətinliyindən söz açaraq bir növ bu məsələyə nöqtə qoyub: "Yayda heyəti gücləndirəcəyik, buna söz yoxdur. Lakin bahalı transferlər gözləməyə dəyməz. Kifayət qədər gənc və potensialı yüksək olan komandamız var. Ona görə də gələcək adına narahat deyiləm. Bu gün bahalı transferlərə gərək yoxdur. Pandemiya dövrü elədir ki, atdığımız hər addımda pulu nəzarətdə saxlamalıyıq".
Qeyd edək ki, Hakimi cari mövsümdə "İnter" formasında meydana çıxdığı 41 görüşdə 7 qol vurub, 8 məhsuldar ötürmə verib. "Transfermarkt" 22 yaşlı mərakeşlinin dəyərini 50 milyon avro kimi göstərib.