"Yuventus" "Torino" ilə sabahkı Turin derbisinə ciddi itkilərlə çıxacaq.
Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, klub rəhbərliyi karantin qaydalarını pozan 3 futbolçu ilə bağlı qərar verib. Belə ki, Ueston Makkenni, Paulo Dibala və Artur Ramos 29-cu turun qarşılaşmasını buraxacaqlar. Mənbənin məlumatına görə, rəhbərlik futbolçulara həm də pul cəriməsi kəsib. Lakin məbləğlə bağlı bilgi verilmir.
Qeyd edək ki, adları çəkilənlər ölkədəki koronavirus qaydalarını pozublar. Martın 31-də Artur və Dibala komendant saatında Makkenninin evindəki qonaqlığa qatılıblar.