“Fiorentina” klubunun futbolçusu Frank Riberi mövsümün sonunda komandanı tərk etməyi qərara alıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını yenidən Almaniya Bundesliqasında davam etdirmək istəyir.

Qeyd edək ki, 2019-cu ildən “Fiorentina”da oynayan 37 yaşlı Riberi cari mövsüm 20 oyunda 1 qol vurub.