"Yuventus" klubunun qapıçısı Canluici Buffon cərimələnib.

Offsideplus.az xəbər verir ki, buna 43yaşlı "əlcək ustası"nın İtaliya A seriyasında dekabrın 19-da keçirilən "Parma" ilə oyunda (4:0) təhqiramiz ifadələrdən istifadə etməsi səbəb olub.

İlk olaraq qapıçının 1 oyunluq diskvalifikasiya edilməsi müzakirə olunsa da, sonda 5 min avro məbləğində cərimələnməsi qərarı verilib.