İtaliya klubu "Roma" "Lill" klubunun türk futbolçusunu heyətinə qatmaqda israrlıdır.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "canavarlar" "Lill"in müdafiəçisi Zeki Çeliki transfer etmək istəyir. Klubu 23 yaşlı futbolçunu əldən vermək istəməsə də "Roma"nın yeni təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, "Lill" daha öncə "Roma"nın icarəyə götürmək təklifini rədd etmişdi. Çelik üçün 15 milyon avro (18 milyon dollar) satış qiyməti qoyan Fransa klubu və italyanlar arasında danışıqlar davam edir.