"Yuventus" "Çelsi"ni tərk etməyə hazırlaşan Olivye Jirunu heyətinə qatmağı düşünür.

Offsideplus.az Dazn-a istinadən xəbər verir ki, bu barədə "Yuventus"un baş məşqçisi Andre Pirlo açıqlama verib. 34 yaşlı forvardın komandaya xeyri dəyəcəyinə inamını bildirən Pirlo transferə müsbət münasibətini bildirib:

"Transfer dönəmi başlayır. Klubla nələr etmək istədiyimizi danışmışıq. Bəlkə də bir hücumçu transfer edə bilərik. Jiru? Əla olardı".

Qeyd edək ki, bu mövsüm "Çelsi"ylə 21 oyuna çıxan Jiru 12 qol vurub.