İtaliya A Seriyası klubu "Sampdoriya" futbolçusu ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cenoa təmsilçisi Tommaso Oqello klubla yeni razılığa gəlib. Anlaşmaya əsasən 26 yaşlı müdafiəçi 2025-ci ilədək "Sampdoriya"da çıxış edəcək.

Qeyd edək ki, Tommaso Oqello 2020-ci ildən etibarən İtaliya klubunun formasını geyinir.