“Milan” İtaliya A Seriyasının 10-cu turu çərçivəsində səfərdə “Sampdoriya" üzərində 2:1 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar” üçün bu oyun əlamətdar olub. Komanda ardıcıl 30 oyunda qol vurmaqla klub tarixinin ən yaxşı göstəricisinə imza atıb.
İlk 10 turda 8 qələbə komandanın 1954/55-ci il mövsümündən bəri ən yaxşı göstəricisidir. Həmin mövsüm “Milan” 10 oyunda 9 qələbəyə sevinmişdi.
Yeri gəlmişkən, “Sampdoriya” üzərindəki qələbədən sonra "Milan"ın məğlubiyyətsizlik seriyası 22 oyuna yüksəlib.