İtaliya A Seriyası klubu "İnter"in heyətində daha bir koronavirusa yoluxma halı aşkarlanıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın misirli futbolçusu Əşrəf Hakiminin koronavirus testi pozitiv nəticə verib.
Bu səbəbdən 22 yaşlı müdafiəçiÇempionlar Liqasının qrup mərhələsinin ilk turunda bu gün saat 23:00-da baş tutacaq "İnter" - "Mönhenqladbax" matçına çıxmayacaq.