İtaliyanın “Sampdoriya” klubu "İnter"in oyunçusunu heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi Antonio Kandrevanı transfer edib. 33 yaşlı futbolçu birbaşa transfer şərti ilə dörd illik icarəyə götürülüb.

Qeyd edək ki, “Sampdoriya” Kandrevanın “İnter”lə müqaviləsinin ləğv olunması və azad agent statusu alması üçün qarşıdakı bir il ərzində Milan klubuna 2.5 milyon avro təzminat ödəməlidir.

2016-cı ildən bəri “İnter”də çıxış edən Kandreva, daha öncə “Ternana”, “Udineze”, “Livorno”, “Yuventus”, “Parma”, “Çezena”“Latsio”da oynayıb.