"Yuventus" klubu İtaliya A Seriyasının ilk tur matçında "Sampdoriya"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, Turindəki "Alyans - Yuventus" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. 

"Yuventus" - "Sampdoriya" 3:0

Deyan Kuluşevski (13), Leonardo Bonuççi (79), Kriştianu Ronaldo (88)

Oyunun icmalını təqdim edirik: