Ötən mövsümünün sonunda "Neftçi"dən ayrılmış italiyalı hücumçu Lorenzo Mezzoteronun yeni komandası müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu barədə 14 yaşlı hücumçunun atası Sercio Mezzotero məlumat verib.
Mezzotero bildirib ki, oğlu Romanın "Latsio" klubunun Futbol Akademiyası olan "Vigor Milano"da bir illik müqavilə əsasında çıxış edəcək.
Milan şəhərində yerləşən "Vigor Milano" "Latsio"nun paytaxtdan kənarda fəaliyyət göstərən yeganə akademiyasıdır.
Xatırladaq ki, Lorenzo Mezzotero "Neftçi" Futbol Akademiyasının yetirməsidir. İstedadlı forvard bu yay ailəsi ilə birlikdə Azərbaycanı tərk edib. (report.az)


