“Yuventus” klubu futbolçusu Duqlas Kostanı satmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" braziliyalı cinah oyunçusunun bu yay başqa kluba keçməsini istəyir.
Turin təmsilçisi onun satışından 50 milyon avro əldə etmək fikrindədir.
Qeyd edək ki, Kostanın “Yuventus”la müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq.