“Fiorentina” klubunun ulduz futbolçusu Frank Riberinin Florensiyadakı evi qarət olunub.

Offsideplus.az xəbər verir ki, naməlum şəxslər Riberi evdə olmadığı zaman onun evinə giriblər. Riberiyə dəyən zərərinin həcmi məlum deyil.

Riberi, “Parma” – “Fiorentina” (1:2) matçından sonra evə qayıdarkən evinin qarət olunduğunu bilib.