İtaliya A seriyasında XXVIII tur başlayıb.

Offsideplus.az xəbər verir ki, turun ilk matçında son çempion “Yuventus” “Leççe”ni qəbul edib. Turin təmsilçisi autsayderlər qrupunda yer alan rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Fasilədən sonra 4 qol vuran “ağ-qaralar” darmadağınla liderliyini möhkəmlədib.

İtaliya A seriyası
XXVIII tur
26 iyun
“Yuventus” – “Leççe” – 4:0
Qollar: Dibala, 53, Ronaldo, 62 (pen.), İquayn, 83, De Liqt, 86