"Yuventus" klubunun ulduz hücumçusu Qonsalo İquain Argentinadan İtaliyaya qayıdıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı oyunçunun tibbi müayinədən keçəcəyi və daha sonra 14 gün müddətində karantində olacağı bildirilib.
Qeyd edək ki, o, koronavirusa görə yaranan fasilə dövründə ölkəsinə getmişdi.