“Sampdoriya” klubunun daha 15 üzvündə koronavirus aşkarlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın yarımmüdafiəçisi Yakub Yankto məlumat verib.
O, komandanın artıq 15 üzvünün koronavirusa yoluxduğunu və bu sayın arta biləcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl A Seriya təmsilçisində 7 nəfər "COVİD-19" epidemiyasına yoluxmuşdu.