İtaliyanın "Sampdoriya" klubunda koronavirusa yoluxanların sayı 15-ə çatıb.
Offsideplus.az xəbər verir ki, komandanın futbolçusu Yakub Yankto bu barədə açıqlamasında məlumat verib. O özünün virusa yoluxub, yoluxmadığından əmin olmadığını bildirib.
Daha əvvəl "Sampdoriya"da koronavirusa yoluxan futbolçuların sayının 7 olduğu açıqlanmışdı.
Qeyd edək ki, İtaliya A Seriyası koronavirusa görə aprelin əvvəlinə kimi təxirə salınıb. Ölkədə koronavirusa görə ölənlərin sayı 3 minə çatır.