İtaliyanın "Sampdoriya" klubunun daha dörd futbolçusunda koronavirus simptomları aşkar edilib.

 Offsideplus.az xəbər verir ki, komandanın heyətində Omar Kolley, Albin Ekdal, La Qumina, Morten Sorzbi də "COVİD-19" epidemiyasına yoluxub.

Bundan başqa komandanın həkimi Amedeu Baldari də sözügedən virusa tutulub.

Qeyd edək ki, bundan əvvəl "Sampdoriya"nın futbolçusu Manolo Qabbiaddini də koronavirusa yoluxmuşdu.