“Yuventus” qapıçısı Voyçex Şensnı ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az Turin təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, polşalı qolkiper klubla yeni müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Müqavilənin detalları açıqlanmadığından onun qazancı və sərbəstqalma məbləğində hansı dəyişiklərin olduğu bəlli deyil.

Qeyd edək ki, 29 yaşlı qolkiper “Yuventus”da 2017-ci ildən çıxış edir. Polşa yığmasının üzvü London “Arsenal”ının yetirməsidir.  “Brentford” və “Roma”da da oynayıb.