İtaliya A seriyasının rəhbərliyi irqçiliyə qarşı mübarizədə meymun rəsmindən istifadə etdiklərinə görə üzr istəyib.

Offsideplus.az xəbər verir ki,  liqanın icraçı direktoru Luici De Siervo belə yanaşma doğru olmadığını başa düşdüyünü etiraf edərkən, ideya müəllifi - rəssam Simona Fuqatssotto “biz insanlar hamımız meymundan yaranmışıq” deyərək  öz əsərini müdafiə edib.

İqrçilik əleyhinə mübarizədə meymun şəklindən istifadəyə “Milan” və “Roma” klubları və bir sıra qeyri-hökumət təşkilatları etiraz ediblər. Onlar meymun şəklindən istifadəni yolverilməz sayıblar. "İnter"in baş məşqçisi Konte bu səbəbdən mətbuat konfransını baykot edib.

Xatırladaq ki, qaradərili futbolçulara irqçilik edən azarkeşlərə onlara banan atır, və ya meymun səsi çıxarırlar. A seriyasının son mövsümündə irqçilik hallarına daha çox rast gəlinir.

Image result for monkey a seria