"Fiorentina" klubunun futbolçusu Frank Riberi 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb fransalı yarımmüdafiəçinin A seriyasının 14-cü turunda "Leççe" ilə matçda (0:1) ayağında zədə almasıdır. Almaniyada əməliyyat olunan 36 yaşlı oyunçunun bərpa müddəti təxminən 10 həftə çəkəcək.
Qeyd edək ki, Riberi bu mövsüm ölkə çempionatında 11 matçda 2 qol vurub.