İtaliyanın "Sampdoriya" klubu futbolçusu Fabio Kualyarella ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu ilə müqavilənin müddəti 2021-ci ilin iyununadək uzadılıb.

Qeyd edək ki, 2016-cı ildən İtaliya təmsilçisində oynayan F.Kualyarella ötən mövsüm A Seriyasının ən yaxşı bombardiri olub. O, bu mövsüm isə 12 matçda 3 qol vurub