Təcrübəli futbolçu Frank Riberi karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, fransız yarımmüdafiəçi “Fiorentina” klubu ilə anlaşıb.

Riberinin yeni klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

İtaliya mətbuatının xəbərinə görə, Riberi “Fiorentina”da ilinə 4 milyon avro qazanacaq.