“Yuventus”un heyətində ciddi itki baş verib.

Offsideplus.az Sportal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Qonsalo İquayn sıradan çıxıb.

Argentinalı forvard İtaliya A seriyasının 25-ci turunda, “Torino” ilə derbi oyununda (1:0) zədələnib.

30 yaşlı futbolçunun sol ayaq biləyi zədələnib. İtaliya mətbuatında yer alan məlumata görə, İquayn qarşıdakı bir həftədə yaşıl meydanlardan kənarda qalacaq.

Serie-A-Torino-vs-Juventus.jpg1519050840.jpg