"Roma" "Atalanta"nın futbolçusu Brian  Kristanteni birdəfəlik alıb.

Offsideplus.az-ın klubun  saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi  üçün 15 milyon avro təzminat ödənilib.
Qeyd edək ki, "Roma" ötən ilin yayında B.Kristanteni 5  milyon avro ödəyərək icarəyə götürmüşdü.

Əlavə edək ki, B.Kristante bu mövsüm A seriyasında 23 matçda 4 qol vurub, 3 qolun ötürməsini verib.