"Fiorentina" baş məşqçisi Paolo Vanoli ilə yolları ayırıb.

Offsideplus.az verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi ilə başa çatan müqavilə yenilənməyib.

Florensiya təmsilçisi ötən mövsümü A Seriyasında 15-ci yerdə başa vurublar. Komanda UEFA Konfrans Liqasının 1/4 finalına yüksəlsə də, bu mərhələdə İngiltərənin "Kristal Pelas" komandasına məğlub olaraq mübarizəni dayandırıb.