İtaliya Futbol Federasiyasının İntizam Komitəsi "Milan"ın argentinalı futbolçusu Qonzalo İquaini 2 oyunluq cəzalandırıb. 

Offsideplus.az xəbər verir ki, buna hücumçunun A seriyasının 12-ci turunda "Yuventus"la matçda qırmızı vərəqə alması səbəb olub.

O, 83-cü dəqiqədə hakimlə mübahisə etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub.