Niderlandlı hücumçu Donyell Malenin “Roma”ya keçidi razılaşdırılıb.
Offsideplus.az xəbər verir ki, futbolçu İtaliya klubuna satınalma öhdəliyi ilə icarə əsasında qoşulacaq.
Müqavilənin ümumi dəyəri 25 milyon avro, əlavə olaraq 2 milyon avro icarə haqqı təşkil edir.
Məlumata görə, futbolçu ilə şəxsi şərtlər tam razılaşdırılıb. Malen “Aston Villa”da özünü xoşbəxt hiss etsə də, əsas hücumçu – “9 nömrə” mövqeyində daha çox oyun vaxtı almaq istəyirdi.
Komandanın baş məşqçisi Unai Emeri isə onu daha çox ikinci hücumçu kimi görürdü.
Bu səbəbdən tərəflər ayrılıq qərarına gəlib və Malen karyerasını Serie A-da, “Roma”nın heyətində davam etdirməyə hazırlaşır.



