"Real"ın ulduzu Kərim Benzema Raul Qonsalesə çatıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı hücumçu "Çelsi" ilə oyunda (1:1) fərqlənərək Çempionlar Liqasında vurduğu qolların sayını 71-ə çatdırıb. Bununla da, fransalı oyunçu "Real"ın əfsanəsi Raulun rekordunu qıraraq, beynəlxalq tunirdə ən çox qol vuran 4-cu futbolçu olub.
İlk pillədə 134 qolla Kriştiano Ronaldo qərarlaşıb. Leo Messi 120 qolla ikinci, Robert Levandovski isə 73 qolla üçüncüdür.