"Mançester Yunayted"in akademiya futbolçularının məşq etdiyi meydança ətrafında öldürülmüş insanın bədən üzvləri tapılıb.
Offsideplus.az xəbər verir ki, stadion müvəqqəti olaraq bağlanıb. Polis qətlə yetirilən şəxs barədə araşdırma başladıb. Ölənin kimliyi və qatil araşdırılır.
Qeyd edək ki, "The Cliff" adlı bazada 2002-ci ildən "qırmızı şeytanlar"ın akademiya üzvləri məşq edir.



