“Juventus”un yarımmüdafiəçisi Miralem Pyaniç Çempionlar Liqasının qrup mərhələsində “Sporting”ə qarşı oyunda cərimə zərbəsindən fərqlənib. Offside.com.az xəbər verir ki, 27 yaşlı havbek bu turnirdə 3 fərqli komandanın heyətində cərimə zərbəsindən qol vuran ilk futbolçu olub.

Bosniya və Hertseqovina millisinin üzvü “Roma” və “Lyon”un forması altında da eyni göstəriciyə nail olmuşdu. O, Çempionlar Liqasında 2009-cu ildə debüt edib. Həmin vaxtdan vurduğu cərimə zərbələrinin sayına görə Pyaniç yalnız Ronaldo və Vilyandan geri qalır.