UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid” penaltilərlə “Atletiko Madrid”i məğlub edərək növbəti mərhələyə yüksəldi.
Offsideplus.az xəbər verir ki, görüşdə qalmaqallı anlardan biri də “Atletiko”nun ləğv olunan penalti epizodu oldu.
Rəqib komandanın baş məşqçisi Dieqo Simeone bu qərarla razılaşmadığını bildirsə də, “Real Madrid”in qapıçısı Tibo Kurtua onun fikirlərinə sərt reaksiya verib:
“Dieqo Simeone Alvarezin penalti qərarının səhvən ləğv edildiyini dedi? Mən artıq onların hər dəfə “Real Madrid”ə qarşı oynayarkən özlərini qurban kimi göstərib şikayət etmələrindən yorulmuşam. UEFA bunu çox aydın görür. Biz ən yaxşı oyunumuzu oynamadıq, amma irəlidəyik. Onlar ilk dəqiqədə qol vurdu, amma oyunun orada bitdiyini düşündülər və ikinci qolu atmağa çalışmadılar. Bu, onların səhvi idi”.
Qeyd edək ki, "Real Madrid" Madrid derbisindən qalib ayrılaraq 1/4 finalda "Arsenal"a rəqib oldu.