Fransanın “Lill” klubunun prezidenti Olivye Letanq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund “Borussiya”sına qarşı keçirilən cavab görüşünün baş hakimindən narazı qalıb.
Offsideplus.az xəbər verir ki, 52 yaşlı funksioner isveçrəli ədalət təmsilçisi Sandro Şarerin yalnış qərarlar verdiyini düşünür:
“Onun bu matça təyin edilməsi səhv idi. O, İsveçrənin almandilli bölgəsindəndir. Fasilə zamanı bütün “Borussiya” futbolçuları ilə alman dilində danışırdı. Fikrimcə, onun qapımıza təyin etdiyi penaltidə kobudluq yox idi və dortmundlulara bir qırmızı vərəqə göstərməli idi”, - deyə S.Şarer vurğulayıb.
Xatırladaq ki, “Lill” iki oyunun nəticəsinə görə (1:1:; 1:2) uduzaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb.