Misli Premyer Liqasının autsayderi "Səbail"in futbolçusu Süleyman Alluş ağır cəzalandırlıb.

Offsideplus.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi Azərbaycan çempionatının son turunda “Zirə” ilə görüşdə qaydaları pozub.

O, 74-cü dəqiqədə qırmızı vərəqə alıb və əsəblərini cilovlaya bilmədiyindən hakimləri təhqir edib.

26 yaşlı futbolçunun davranışı təcavüzkarlıq faktı kimi qeydə alınıb. AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Alluşa 4 oyunluq cəza verilib. Bundan başqa, “Səbail” klubu 3000 manat cərimə ödəyəcək.

Qeyd edək ki, sözügedən oyunda azlıqda qalan "Səbail" son saniyələrdə qol buraxaraq, minimal hesbla məğlub olublar.