"Yuventus"un 19 yaşlı istedadı Kenan Yıldız, Avropa futbolunun ən çox izlənilən gənc oyunçularından birinə çevrilib.

Offsideplus.az xəbər verir ki, xüsusilə İngiltərə Premyer Liqası nəhəngləri onu transfer etmək istəyir. "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçunu heyətinə qatmağı planlaşdırır. Bundan əlavə, "Liverpul" Məhəmməd Salahın mümkün ayrılığı üçün Kenanı ideal əvəzedici kimi görür. "Mançester Yunayted" isə Markus Reşfordun komandadan ayrılmasından sonra onu transfer etmək istəyir.

"Yuventus"un maliyyə problemlərinə baxmayaraq, klub Kenan Yıldız üçün 80-90 milyon avro aralığında yüksək məbləğ tələb edir. İddialara görə, "Çelsi" keçən yay oyunçu üçün 60 milyon avro təklif etsə də, bu məbləğ yetərli hesab edilməyib.

Qeyd edək ki, bu mövsüm "Yuventus" forması ilə 41 oyuna çıxan Kenan Yıldız, 6 qol və 4 asistlik performans sərgiləyib.