İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hansi Flik yarımmüdafiəçisi Frenki De Yonqun performansından razıdır.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis 27 yaşlı futbolçunun müqaviləsinin uzadılmasını istəyir. Kataloniya klubunun rəhbərliyi onunla yeni sözləşmə üçün danışıqlara başlayacaq.

De Yonq 2019-cu ildən "blauqrana"da çıxış edir. O, cari mövsümdə 29 oyunda meydanda olub.