Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Liverpul"un kapitanı Vircil van Deyki transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, Ərəbistan təmsilçisi hollandiyalı müdafiəçi üçün ilkin olaraq 20 milyon avrodan çox təklif edib.
Futbolçu isə gələcəyini düşündüyünü və hələ yekun qərarını vermədiyini bildirib. Diqqətini mövsümün sonuna, xüsusən də martın 16-da “Nyukasl”la İngiltərə Liqa Kubokunun finalına, eləcə də qarşıdan gələn Premyer Liqa çempionluğuna verib. Onun mersisaydlılarla müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, 33 yaşlı oyunçu bu mövsüm Premyer Liqada "Liverpul"un heyətində 29 oyuna çıxıb, 1 qol vurub və bir məhsuldar ötürmə edib. Hollandiyalı həm də Çempionlar Liqasında 9 oyun keçirib və 1 qol vurub.